May ayında Bakıda üç beynəlxalq sərgi təşkil olunacaq
|
Mayın 22-dən 24-dək Bakıda Xəzər regionunun qida sənayesində böyük beynəlxalq tədbir – “WorldFood Azerbaijan-2013” sərgisi keçiriləcək. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, təşkilatçı “İteca Caspian” şirkətindən bildirilib ki, sərgidə Azərbaycan, Bolqarıstan, Hindistan, İordaniya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və İsveçrənin şirkət və təşkilatları məhsul və mallarını təqdim edəcəklər. Latviya və İran şirkətləri bu sərgidə ilk dəfə olaraq milli ekspozisiyaları ilə çıxış edəcəklər. Bu il süd məhsulları, qənnadı məmulatları, şokolad, balıq məhsulları istehsalçıları, eləcə də soyuducu avadanlıq təchizatçıları xüsusi fəallıq göstərirlər.
Həmin tarixlərdə keçirilməsi planlaşdırılan “Ipack Caspian-2013” Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya sərgisində müxtəlif sənaye sahələri üçün qablaşdırma materiallarının istehsalı və tərtibatı, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim ediləcəkdir.
Bu il həm yerli, həm də beynəlxalq kənd təsərrüfatı məhsulları istehsalçıları “WorldFood Azerbaijan” sərgisi ilə paralel keçirilən “Agrihort Azerbaijan-2013” VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisinə böyük maraq göstərirlər. Ötən illə müqayisədə bu il sərgi iştirakçılarının 20 faizdən çox artması bunun əyani sübutudur. İştirakçılar arasında Hollandiya, Moldova, Almaniya, Rusiya, Bolqarıstan, İtaliya və İspaniyadan olan müəssisələr də vardır.
Sərgi zamanı açıq meydançada kənd təsərrüfatı texnikaları da nümayiş etdiriləcəkdir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒