Mariya Şarapova dünyanın ən çox qazanan qadın idmançısı oldu
|
Məşhur “Forbes” dərgisi dünyanın ən çox qazanan 10 qadın idmançısının adını açıqlayıb. Dərginin açıqlamasına əsasən, rusiyalı tennisçi Mariya Şarapova 29 milyon dollar gəliri ilə reytinqə başçılıq edir. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, ikinci yerdə gəliri 20.5 milyon dollar olan tennisçi Serena Uilyams göstərilib. Üçüncü yerin sahibi isə tennisçi Li Na olub. Onun gəliri 18.2 milyon dollar təşkil edir.
Dünyanın ən çox qazanan 10 qadın idmançısı:
1. Mariya Şarapova, tennisçi – gəliri 29 milyon dollar.
2. Serena Uilyams, tennisçi – gəliri 20.5 milyon dollar
3. Li Na, tennisçi – gəliri 18.2 milyon dollar
4. Viktoriya Azarenko, tennisçi – gəliri 15.7 milyon dollar
5. Danika Patrik, avtoidman – gəliri 15 milyon dollar
6. Kin Yon A, fiqurlu konkisürmə – gəliri 14 milyon dollar
7. Korolin Voznyaçki, tennisçi – gəliri 13.6 milyon dollar
8. Aqneşka Radvansa, tennisçi – gəliri 7.4 milyon dollar
9. Ana İvanoviç, tennisçi – gəliri 7 milyon dollar
10. Pola Krimer, qolfçu – gəliri 5.5 milyon dollar
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒