Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Mərkəzi Bank Azərbaycanda “LEADER” pul köçürmə sisteminin də fəaliyyətini dayandırdı

Mərkəzi Bank Azərbaycanda “LEADER” pul köçürmə sisteminin də fəaliyyətini dayandırdı

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bank tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “LEADER” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilmişdir.

“LEADER” pul köçürmə sisteminə Azərbaycan Mərkəzi Bankı tərəfindən xəbərdarlıqların edilməsinə baxmayaraq sözügedən sistem işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətini davam etdirmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Mərkəzi Bank 2010-cu il 11 iyun tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırmışdır.Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*