Home » Sosial, Təhsil sektoru, Ümumi » Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!…

Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!…

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar 2014-cü il aprelin 22-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, imtahan TQDK-nın binasında (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17) keçiriləcəkdir. Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel 2014-cü il tarixindən başlayaraq TQDK nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

1) şəxsiyyətlərini təsdiq edən sənədi;
2) “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
3) özlərinin dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda).

Qeyd: Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qeyd edək ki, Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında məlumat və imtahana hazırlaşmaq üçün ədəbiyyat (mənbə) siyahısı 3 aprel 2014-cü il tarixində TQDK-nın internet saytında (http://www.tqdk.gov.az/news/master/412/) yerləşdirilmiş və qabiliyyət imtahanına qeydiyyat aprelin 4-dən 14-dək internet vasitəsilə aparılmışdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*