İslamın düşməni sayılan partiyanın sabiq üzvü müsəlmanlığı qəbul etdi
|
AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Hollandiyada qatı sağçı və İslam düşməni olan siyasətçi Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyasının keçmiş üzvlərindən biri müsəlman olub. Arnoud Van Doorn “Twitter” səhifəsində bu barədə yazıb. Əvvəl səhifədə “yeni bir başlanğıc” yazan siyasətçi daha sonra ərəb dilində kəlməyi şəhadət gətirib. Van Doornun həqiqətən müsəlman olub – olmaması ölkənin gündəmini tutub.
Qeyd edək ki, “Əl Cəzirə”yə müsahibə verən Van Doorn insanların İslama keçməklə bağlı şübhələrini anladığını demişdi: “Özümün yaxın ətrafımda olan insanlar bir ildir ki, Quran, hədislər, sünnətlə bağlı araşdırma apardığımı bilirlər. Ayrıca müsəlmanlarla da dinlə bağlı söhbətlər etmişəm. Bu çox böyük bir qərardır və mən də bu qərarı ciddiyətlə qəbul etdim”.
İslamın düşməni olan Azadlıq Partiyasına qatılmasından peşmanlıq duyub-duymaması ilə bağlı suala isə o belə cavab verib. “Həyatdakı hər təcrübənin bir məqsədi olduğunu öyrəndim. Bugünkü məlumatlarım olsa idi, şübhəsiz ki, fərqli bir seçim edərdim”.
Van Doorn bəzilərinin onu xain kimi qiymətləndirdiyini, çoxlarının isə onun bu qərarına hörmətlə yanaşdığını deyib. “Hər kəs kimi mən də həyatımda xətalar etdim. Bu xətalardan çox şey öyrəndim. Bunun yeni başlanğıc olduğunun və çox yeni şeylər öyrənməli olduğumun fərqindəyəm. Allahın məni bu çətin anlarda dəstəkləyib, yol göstərəcəyindən əminəm”.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒