Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » İş adamlarının nəzərinə: Biznes layihələr qəbul edilir

İş adamlarının nəzərinə: Biznes layihələr qəbul edilir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Euro

AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.
AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcəkdir.

İnvestisiya layihələri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

Layihənin adı və həyata keçiriləcəyi yer;
Layihənin məqsədi və təsviri;
Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü;
Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti;
Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt)).

Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 32, Bakı Biznes Mərkəzi
Əlaqələndirici şəxs: Zaur Qardaşov
e-mail: zgardashov@azpromo.az
tel: (012) 598-01-47 (daxili:102)
faks: (012) 598-01-52

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*