İnternetdə müəllif hüquqlarının qorunması üçün Azərbaycanda yeni qurum yaradılacaq
|
Bu il Azərbaycanın Müəllif Hüquqları Agentliyində internetdə müəllif hüquqlarının təmin olunması üzrə mərkəz işə başlayacaq. AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, bu barədə agentliyin direktoru Kamran İmanov məlumat verib. “İnternetdə rəqəmli müəllif hüquqlarını idarəetmə modeli agentlik tərəfindən Avropanın müvafiq strukturlarının dəstəyi ilə yaradılır”, – deyə K. İmanov bildirib. Onun sözlərinə görə, mərkəzdəki müasir İT texnologiyalar vasitəsilə müəllif hüquqlarının idarə edilməsi təmin olunacaq. K. İmanov qeyd edib ki, hazırda materialların təxminən 95 faizi internetdə müəllif hüquqlarına riayət olunmadan yerləşdirilir. “İnternetdə və digər rəqəmli vasitələrdə müəllif hüquqlarının pozulması ilə bağlı bütün faktların tam qarşısını almaq mümkün deyil, lakin biz onların minimuma qədər azaldılmasına nail olmaq niyyətindəyik”, – agentliyin direktoru bildirib. Azərbaycanda müəllif hüquqlarının təmin olunması üzrə zəruri qanunvericilik bazası da mövcuddur. “Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı 1996-cı ildə internetdə müəllif hüquqlarına dair müqavilə imzalayıb və Azərbaycandakı qanunvericilik bazası bu müqaviləyə uyğun təkmilləşdirilib”, – deyə K. İmanov əlavə edib.
Bu kontentin portalımızda yayınladığı tarix : 24/08/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒