İlham Əliyev jurnalistlərə dəstək məqsədilə 5 milyon manat vəsaitin ayrılması üçün sərəncam verdi
|
AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycanda jurnalistlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə ölkə prezidenti İlham Əliyev növbəti sərəncamını imzalayıb. Sərəncamla, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat vəsaitın ayrılması qərara alınıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.
Bu kontentin portalımızda yayınladığı tarix : 22/07/2013Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒