Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » “Hilton Bakı” otel kompleksi istifadəyə verildi

“Hilton Bakı” otel kompleksi istifadəyə verildi

Bu gün Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılışı olub. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub, prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib.
“Hilton Bakı” otel kompleksi 2007-ci ildə “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında imzalanan müqavilə əsasında inşa olunub. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən 2010-cu ilin əvvəlindən inşasına başlanan 25 mərtəbədən ibarət oteldə ümumilikdə 309 otaq var. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlar. Ən yüksək standartlara cavab verən otaqlardan həm paytaxta, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Oteldə Finlandiya istehsalı olan 5 müasir lift quraşdırılıb. Dövlət başçısı burada “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranları ilə tanış olub. Restoranlarda müştərilərə yerli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaq.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycanda ilk dəfə məhz burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılıb. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək. İlin isti aylarında qonaqların açıq havada istirahətləri üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür.

Dövlət başçısı otelin 24-cü mərtəbəsindəki “Sky Grill” restoranı ilə tanış olub. Qonaqlara geniş çeşiddə iaşə xidməti göstəriləcək.Otel kompleksindəki SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilib.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, kompleksin 21-ci mərtəbəsindəki prezident nömrəsi ilə tanışlıq zamanı məlumat verilib ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. İkinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Rəsmi görüş və qəbulların yüksək səviyyədə təşkili üçün ayrıca otaq da var.
Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb, onları təbrik edib. “ISR Holdinq” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov və “Hilton Worldwide” şirkətinin vitse-prezidenti Maykl Kollini dövlət başçısına və Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*