Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » Günter Ottinger: Azərbaycan “Nabucco”nun reallaşmasında həlledici ölkədir

Günter Ottinger: Azərbaycan “Nabucco”nun reallaşmasında həlledici ölkədir

“Avropaya qaz tədarükünə dair Azərbaycanın qəbul edəcəyi qərar tarixi əhəmiyyət daşıyacaq. Biz öz növbəmizdə siyasi dialoqu qərar qəbul edilənə kimi davam etdirəcəyik. Əminəm ki, ilin sonuna kimi layihənin bütün iştirakçılarının müvafiq qərarını ala biləcəyik”. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, bunu Avropa İttifaqının energetika komissarı Günter Ottinger Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan bu danışıqların müsbət gedişində maraqlı olmalıdır, çünki bu, “Cənub Dəhlizi” layihələrinin potensialını və tranzit əhəmiyyətini daha da artırmağa imkan verəcək: “Oktyabrda “Şahdəniz” konsorsiumu qərar qəbul edəcək. Bundan başqa digər tərəfdaşlarımızla da danışıqları davam etdirəcəyik. Burada Türkiyəyə gedəcək və “Botaş” və digər şirkətlərlə tranzit sazişi imzalayacağıq. Həmçinin bu kəmərlə ötürüləcək mavi yanacağın həcmini artırmağa da çalışacağıq. Bununla əlaqədar Türkmənistanla danışıqları davam etdiririk. Həmçinin “Nabucco” layihəsinin reallaşması üçün İraqdan qaz almaqda maraqlıyıq. İraq qazının Türkiyə vasitəsilə Avropaya nəqlinə dair Bağdaddakı yeni hökumətlə təmaslarımız davam edir.
İstənilən halda Azərbaycan bu layihənin reallaşmasında həlledici ölkədir. Azərbaycanın çox böyük qaz ehtiyatları var və eyni zamanda ölkənin geosiyasi durunu bütün regionun enerji layihələrini reallaşdırmaq baxımından çox mühüm əhəmiyyətə malikdir. Avropa hələ 1866-cı ildən Azərbaycana enerji ölkəsi kimi maraq göstərir. Azərbaycan həm hasilatçı ölkə, həm də tranzit ölkə kimi həlledici rola malikdir. Bu əməkdaşlığı dərinləşdirmək vaxtı çatıb”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*