Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Google İsrail şirkətini satın aldı

Google İsrail şirkətini satın aldı

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Google_logosuAgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, “Google” İsrailin mobil kartoqrafiya və naviqasiya proqram təminatının hazırlanmasında ixtisaslaşan Waze şirkətini satın almasını rəsmən bəyan edib. Sazişin maliyyə şərtləri açıqlanmır, lakin mənbələr Waze-in 1 milyard dollara alınmasını bildirirlər.
Google-un alışla bağlı yaydığı bəyanatda deyilir ki, imzalanan saziş şirkətin mobil kartoqrafiya sahəsində liderliyini möhkəmlədir.
Onliner.by saytının xəbərinə görə, Waze mənzil-qərargahı İsraildə yerləşməklə müstəqil fəaliyyətini davam etdirəcək, lakin onun əksər funksiyalarından Google-un xəritələrində istifadə olunacaq. Servis Android, iOS və Windows Phone əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon sahiblərinə real vaxt rejimində avtomobil yollarında vəziyyəti izləməyə və bundan asılı olaraq təyinat məntəqəsinə marşrutu müəyyənləşdirməyə imkan verir. Waze servisinin xidmətlərindən daima dünyada ümumilikdə təxminən 50 milyon istifadəçi yararlanır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*