Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » Google dünyanın ən əhəmiyyətli brendi elan olundu

Google dünyanın ən əhəmiyyətli brendi elan olundu

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Google_logosuAgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Fransanın “Havas” marketinq şirkəti dünyanın məşhur brendlərinin dəyərini müəyyənləşdirmək məqsədilə istehlakçılar arasında keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb. Tədqiqatın nəticələrinə görə ən əhəmiyyətli brend “Google” olub. Bundan başqa, ilk beşlikdə “Samsung”, “Microsoft”, “Sony” və “Nestle” brendləri də yer alıb. “Apple” brendi isə yalnız 22-ci yerlə kifayətlənib. Maraqlıdır ki, BrandZ şirkətinin versiyasına görə isə, ən qiymətli brendlər reytinqinə “Apple” başçılıq edir. Onliner.by saytının xəbərinə görə, “Havas” nümayəndələri bunu onunla izah edirlər ki, TOP-100 tərtib olunanda brendin maddi dəyəri nəzərə alınır, fransızlar isə sadə istehlakçıların emosional qiymətləndirmə mülahizələrinə əsaslanır.
Qeyd edək ki, tədqiqat zamanı “Havas” 23 ölkədə 134 min istifadəçinin rəyini öyrənib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*