“Gangnam Style” mahnısı məktəb zəngi oldu
|
AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Türkiyədə yerləşən məktəblərdən birinin rəhbərliyi uşaqlar arasında olan piylənmənin qarşısını almaq üçün maraqlı addım atıb. Burdur şəhərində orta məktəbdəki tənəffüs zəngi dəyişdirilib. Belə ki, klassik zəng əvəzinə indi tənəffüsdə “Gangnam Style” mahnısı çalınır.
Hər tənəffüsdə məktəbin həyətinə toplaşan uşaqlar bu mahnının oynaq melodiyaları altında istər-istəməz rəqs edir və piylənmə ilə azda olsa mübarizə aparırlar.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒