Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “Gənclərin Biznes Liderlik Layihəsi”nə start verildi

“Gənclərin Biznes Liderlik Layihəsi”nə start verildi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), BP “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şah Dəniz”, Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrdəki tərəfdaşları adından və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) ölkənin gələcək biznes liderlərinin peşəkar inkişafına dəstək olan “Gənclərin Biznes Liderlik Layihəsi”nin başlanmasını elan ediblər.
AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, USAID-in Bakıda təşkil etdiyi mərasimdə USAID/Azərbaycan missiyasının direktoru Maykl Qrin, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə ünsiyyət, xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Hüseyn Məmmədov və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu yeni təşəbbüsün başlanmasına dair “Anlaşma Memorandumu” imzalayıblar.
İki il davam edəcək “Gənclərin Biznes Liderlik Layihəsi”nin əsas məqsədi tələbələr üçün müxtəlif özəl şirkətlərdə əvəzolunmaz iş təcrübəsi əldə etmək imkanı yaradaraq, onların biznes və idarəetmə bacarıqlarını inkişaf etdirib, gələcəkdə biznesdə lider olmağa ruhlandırmaqdır. Layihə çərçivəsində tələbələr biznesdə uğur qazanmış iş adamlarının mentorluğu sayəsində öz karyeralarının planlaşdırılması üzrə dəyərli bilik və bacarıq əldə edəcəklər. Layihə daxilində Bakı və Gəncə ali məktəblərinin 3-cü və 4-cü kurslarında təhsil alan 120 tələbə iş təcrübəsi əldə etmək imkanı qazanacaq. Layihənin iştirakçıları üçün iş təcrübəsi keçmək imkanlarının müəyyən edilməsinə Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi dəstək olacaq.
Mərasimdə çıxış edən USAID/Azərbaycan Missiyasının Direktoru Maykl Qrin USAID ilə “Junior Achievement” Azərbaycan təşkilatının uzunmüddətli əməkdaşlığı və USAID-in maliyyə dəstəyilə həyata keçirilən proqramların Azərbaycanda iqtisadi-biznes tədrisinə göstərdiyi təsiri barədə söz açıb. M. Qrin bildirib ki, “layihə vasitəsilə tələbələr ali məktəbdə öyrəndikləri bilikləri həqiqi iş mühitində tətbiq edəcək, təhsildə və karyerada daha da uğurlu olmaq üçün zəruri bilik və bacarıqları öyrənəcəklər”.
Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar öz çıxışında gələcək biznes liderlərin Azərbaycanın iqtisadi inkişafında zəruri yer tutduğuna toxunub.
BP şirkətinin vitse-prezidenti Hüseyn Məmmədov öz çıxışında bildirib: “Biz Azərbaycanın gələcək biznes liderlərinin peşəkar təliminə dəstək vermək imkandan çox məmnunuq. Əslində bu təşəbbüs Azərbaycanda təhsilin inkişafına göstərdiyimiz davamlı dəstəyin bir hissəsidir. Biz Azərbaycanda 20 ildir ki, fəaliyyət göstəririk və bu illər ərzində şirkətimiz həm ayrılıqda, hım də öz biznes tərəfdaşları ilə birlikdə gənclər üçün davamlı inkişaf imkanlarının yaradılmasına yönəlmiş çox mühüm təhsil layihələrini dəstəkləyib. İnanırıq ki, bu gün başladığımız layihə biznes və idarəetmə sahəsində təhsil alan 120 tələbə üçün bu cür imkanlar yaratmaqla onların özlərini gələcəkdə yerli və beynəlxalq şirkətlərdə karyeraya hazırlamaq səylərinin mühüm hissəsinin təşkil edəcək.”
Layihənin ümumi büdcəsi 200 000 ABŞ dollarıdır; onun 100 000 ABŞ dollarını BP və onun AÇG, BTC, “Şahdəniz” və CQBK layihələrdəki tərəfdaşları, qalan 100 000 ABŞ dollarını isə USAID ödəyəcək. Layihə yerli qeyri-hökumət təşkilatı olan Junior Achievement Azərbaycan tərəfindən həyata keçiriləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*