Gədəbəy rayonu “Azərbaycanın əfsanələr paytaxtı” elan olundu
|
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən 2012-ci il üçün Gədəbəy rayonu “Azərbaycanın əfsanələr paytaxtı” elan edilib. Gədəbəy “Azərbaycanın əfsanələr paytaxtı” embleminin təqdim olunması mərasimində çıxış edənlər zəngin və qədim tarixi olan Gədəbəyin “Əfsanələr paytaxtı” elan edilməsinin təsadüfi olmadığını bildirmişlər. Natiqlər bu ada layiq görülməsini rayon ərazisində 1 dünya, 4 ölkə və 120-dən çox yerli əhəmiyyətli tarixi abidənin qeydə alınması, eləcə də “Koroğlu qalası”, “Qız qalası”, Simenslərin Gədəbəydəki fəaliyyətlərinin əsl əfsanəyə çevrilməsi ilə əsaslandırmışlar. Gədəbəyin rəsmən “Əfsanələr paytaxtı” elan olunması ilə bağlı tədbirlər planının həyata keçirilməsinə də başlanılmışdır.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Fazilə Məmmədova bildirmişdir ki, bu münasibətlə sərgi açılmışdır. Bu istiqamətdə tədbirlər çoxdur, elmi konfransların, görüşlərin keçirilməsi, digər sərgilərin açılması da nəzərdə tutulmuşdur.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒