Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » “Fitch Ratings” agentliyinin Azərbaycandakı müştəri sayında artım var

“Fitch Ratings” agentliyinin Azərbaycandakı müştəri sayında artım var

“Fitch Ratings” Agentliyi Azərbaycanda müştəri bazasını genişləndirir. AgahMedia.Com portalının “İnterfax Azərbaycan” informasiya agentliyinə məlumatına görə, bu barədə agentliyin İstanbul ofisinin rəhbəri Gülcan Ustay bəyan edib.“Akkord”un qismində tikinti şirkətləri reytinq əldə etməyə böyük maraq göstərirlər. Danışıqlar mərhələsindəyik. Hələ ki, onlar istəməyənə qədər adları və detalları açıqlaya bilmərik”, – deyə G.Ustay bildirib.
Agentliyin nümayəndəsinin sözlərinə görə, gələn ildən etibarən bu şirkətlərlə sazişlərin imzalanmasını gözləmək olar.
O bildirib ki, agentlik ölkənin lizinq və sığorta şirkətləri ilə əməkdaşlıq qurmağa yönəlib. G.Ustay qeyd edib ki, agentlik həmçinin bank sektorunun iştirakçları ilə əlaqələri davam etdirir. “Bizim Azərbaycanda 13 müştərimiz var, onlardan doqquzu bankdır. Biz orta səviyyəli banklarla əməkdaşlığın qurulmasına yönəlmişik”, – deyə G.Ustay vurğulayıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*