Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Facebook hashtag funksiyasının istifadəsinə start verir

Facebook hashtag funksiyasının istifadəsinə start verir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Facebook_resmiAgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, “Facebook” sosial şəbəkəsi istifadəçilərin bütün məlumatlarını müəyyən mövzuya uyğun qruplaşdırmağa imkan verən hashtag funksiyasının istifadəsinə start verir. “Hər gün yüz milyonlarla insan ətrafda baş verən mühüm hadisələrlə bağlı fikirlərini bölüşmək üçün Facebook-dan istifadə edirlər. İndiyədək nəyin baş verməsi və ya insanların nə barədə danışması haqqında dolğun məlumat əldə etmək üçün sadə üsul olmayıb”, – sosial şəbəkə nümayəndələri bildirilər.( RİA Novosti) Bu məqsədlə sosial şəbəkə tərtibatçıları bir sıra funksiyalar tətbiq edirlər ki, bu da böyük hadisələr, məşhur insanlar və ya trend mövzular haqqında maraqlı diskussiyaları izləməyə imkan verəcək.
Keçid imkanlı hashtag-lər bu funksiyalardan birincisi olacaq. İstifadəçilər onları öz qeydlərinə artıq əvvəlki servislərdən tanış olduqları # işarəsi ilə əlavə edə biləcəklər. Funksiya üzərinə düyməni basdıqda, istifadəçi digər insanların, qrup və səhifələrin oxşar yazılarla qeydlər toplusunu görəcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*