Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2012” milli seçim turunun üçüncü yarımfinalçısı Xəyyam Mustafazadə oldu

“Eurovision-2012” milli seçim turunun üçüncü yarımfinalçısı Xəyyam Mustafazadə oldu

“Eurovision-2012” mahnı müsabiqəsi milli seçim turunun 3-cü həftəsində 9 iştirakçı 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, 3-cü həftənin birincisi isə tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində Xəyyam Mustafazadə seçilib.
Səsvermənin nəticələrinə görə, Altun Zeynalov 2-ci, Anar Səfərov 3-cü, Rövşən Əzizov 4-cü, Rüstəm Əlləzov 5-ci, Aysel Quluzadə 6-cı, Fərid Ramazanov 7-ci, Aytac Vəliyeva 8-ci, Yelena Kərimova isə 9-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanı «Eurovision–2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən namizədlər növbəti 5 həftə ərzində də İctimai Televiziyanın canlı efirində yarışacaq. Qalibin seçimində müsabiqənin qaydalarına uyğun olaraq münsiflər heyətinin rəyi tamaşaçılarla eyni nəzərə alınır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*