Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision 2011”-in qalibləri Türkiyədə podiuma çıxdılar

“Eurovision 2011”-in qalibləri Türkiyədə podiuma çıxdılar

“Eurovision 2011”-in qalibləri Eldar Qasımov və Nigar Camalın mötəbər səhnələrə dəvəti davam edir. Azərbaycana qələbə qazandırmaqla dünyaca məşhurlaşan cütlük Türkiyənin Bodrum vilayətində keçirilən moda nümayişində iştirak ediblər. AgahMedia.Com informasiya portalının “Azadİnform”- a istinadən məlumatına görə, “Running Scared” hitini ifa edən qaliblərdən Nigar Camal səhnədə modelyer Ramozzonun kolleksiyasından istifadə edib. Eldar isə adəti üzrə ağ rəngli libasa üstünlük verib.
Qeyd edək ki, Bodrumun “Ship a Hay” klubunda baş tutan və ənənəvi keçirilən moda göstərişində Azərbaycanda da çox yaxşı tanınan modelyer Ramozzonun yeni yay kolleksiyası nümayiş etdirilib.
Xatırladaq ki, podiuma ölkəmizi təmsil etmək üçün 2010-cu ilin Azərbaycanın Best Modeli Günay Musayeva ilə yanaşı, Sərdar Ortacın sevgilisi Veronika, eləcə də “Miss Fashion TV” və Ukraynadan da modellər çıxıb. Tədbirə Sərdar Ortacın özü də qatılıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*