Home » Beynəlxalq, Siyasət, Ümumi » Elmar Məmmədyarov: Fransa Milli Assambleyasının qərarı bizim üçün qəbuledilməzdir

Elmar Məmmədyarov: Fransa Milli Assambleyasının qərarı bizim üçün qəbuledilməzdir

Fransa senatının qondarma erməni soyqırımı ilə bağlı qərarı qəbuledilməzdir. Əgər senat ədalətli qərar verirsə, o zaman Xocalı soyqırımı ilə bağlı mövqeyini də bildirməlidir. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bunu deyən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Fransanın bu qərarı yalnız problem yaratmağa xidmət edir:”ATƏT-in Minsk Qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasye regiona son səfəri zamanı Azərbaycan torpaqlarının işğalı faktını etiraf edib. Bu həqiqəti hamı dərk və etiraf etməlidir. Fransa Milli Assambleyasında bu qərarı deputatların təxminən 10 faizi qəbul edib.”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Elmar Məmmədyarovun Bakıda səfərdə olan İraqlı həmkarı Hoşyar Zebari ilə görüşündə də müzakirə olunub. Görüşdə hər iki ölkə arasında iqtisadi, siyasi, xüsusilə də neft-qaz sahəsində əməkdaşlıqdan söhbət açılıb. Bildirilib ki, Bağdadda Azərbaycan səfirliyinin təsisi əlaqələrin daha sıx inkişafına imkan yaradacaq. İraqlı qonaq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Görüşdə həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*