Dünyanın ən varlı ali təhsil müəssisəsi Kembric Universitetidir
|
AgahMedia.Com informasiya portalının AzərTAc-a istinadən məlumatına görə, Britaniyadakı Kembric Universiteti dünyanın ən nüfuzlu və məşhur ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, həm də böyük korporasiya dəyərində obyektmiş. Hesablamalara görə, Kembric Universitetinin dəyəri 4 milyard funt-sterlinqdir. Bu isə, Britaniyada Oksford Universiteti istisna olmaqla, bütün universitetlərin toplam kommersiya dəyərindən 2 dəfə çoxdur.
“The Guardian” xəbər verir ki, əməkdaşlarının və tələbələrinin sayı 30 min nəfər olan Kembric Universitetində hər nəfərin payına 130 min funt-sterlinqdən artıq pul düşür. Bu isə Monakodakı göstəricidən də çoxdur. Belə ki, Monakoda adambaşına düşən ümumdaxili məhsul payı 108 min 409 funt-sterlinqdir. Oksford Universitetinin dəyəri isə 3,3 milyard funt-sterlinqdir.
800 illik tarixə malik Kembric Universitetinin əməkdaşlarının 65,8 faizi ağdərili britaniyalılardır. Universitetdə 9.147 nəfər Afrika, 45 nəfər isə Karib mənşəlidir. Əməkdaşlar arasında Çin mənşəlilər 3 faiz, Hindistan mənşəlilər isə 2 faizdir. Universitetin professor-müəllim heyətinin 75 faizi kişilərdir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒