Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » Dünyanın ən nazik smartfonu gələn aydan 449 Avroya satışa çıxarılacaq

Dünyanın ən nazik smartfonu gələn aydan 449 Avroya satışa çıxarılacaq

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Huawei_smartfonuÇinin Huawei şirkəti Ascend P6 smartfon modelinin nümayişini keçirib. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, aparatın qalınlığı 6,18 millimetr təşkil edir və şirkət onu dünyanın ən nazik smartfonu adlandırır. Əvvəlki rekord göstərici 2013-cü ilin yanvarında təqdim edilən Alcatel One Touch Idol Ultra modelinə məxsus olub. Bu qurğunun qalınlığı 6,45 mm. təşkil edib. Müqayisə üçün qeyd edək ki, iPhone 5 modelinin qalınlığı 7,6, Galaxy S4-ün 7,9, HTC One-ın 9,3 millimetrdir.
Lenta.ru xəbər verir ki, çəkisi 120 qram olan Ascend P6 1280×720 piksel təsvir ölçülü 4,7 düymlü ekranla, dördnüvəli prosessorla və 2 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Qurğuda istifadəçinin faylları və proqramları üçün 8 giqabayt nəzərdə tutulub. Aparat Huawei-in proqram interfeysli Android 4.2.2 əməliyyat sistemi ilə işləyir.
Ascend P6 modelinin gələn ay 449 avro qiymətinə Avropada satışa çıxarılacağı bildirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*