Dövlət qurumlarına müraciət etmək və vəzifəli şəxslərinin qəbuluna yazılmaq asanlaşdırılacaq
|
AgahMedia.Com informasıya portalının Məlumat Hesablama Mərkəzinə istinadən məlumatına görə, hazırda “Elektron hökumət” portalında “Rəsmi yazışmalar” bölməsinin başa çatdırılaraq əhalinin istifadəsinə verilməsi üzrə aparılan işlər yekunlaşmaq üzrədir. “Dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna online yazılmaq” və “Dövlət qurumlarına online müraciət” elektron xidmətləri “Rəsmi yazışmalar” bölməsində istifadəyə veriləcək və bu bölmənin istifadəyə verilməsindən sonra vətəndaşlar qeydiyyatdan keçərək həm dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna yazıla biləcəklər, həm də istənilən dövlət qurumuna öz ərizə və şikayətlərini göndərə biləcəklər. Bu xidmət vasitəsilə qəbula yazılmalar və göndərilən şikayətlər sistem tərəfindən izlənəcək və icra müddətlərininə avtomatik nəzarət olunacaq. İcra müddətində baxılmayan müraciətlər portalda xüsusi bölmədə göstəriləcək.
Eyni zamanda bu layihə çərçivəsində “Elektron qəbul otağı”nın yaradılması nəzərdə tutulur və “Elektron qəbul otağı” yuxarıda qeyd olunan e-xidmətlərdən vətəndaşların yerlərdə geniş şəkildə istifadə edə bilmələri üçün şərait yaradılmasına, onların e-imza ilə və ya kod-parolla təmin edilmələrinə və maaraifləndirmə xarakterli işlərin aparılmasına xidmət etdəcək. Bu məqsədlə rayon Telekommunilasiya Qovşaqlarında xüsusi otağın ayrılması, lazımi avadanlıqlarla təchiz edilməsi və tam şəkildə təlimatlandırılmış işçilərin hazırlanması nəzərdə tutulur.
“Elektron qəbul otağı”nın yaradılması yerlərdə vətəndaşların “Elektron hökumət” portalının imkanlarından daha səmərəli şəkildə faydalanmalarına təkan vermiş olacaq. Eyni zamanda “Elektron qəbul otağı”nın fəaliyyətə başlamasından sonra yerlərdə əhalini daha çox maraqlandıran və narahat edən sahələrin, xidmətlərin və problemlərin öyrənilməsi və gələcəkdə həmin sahələrin elektronlaşdırılması mümkün olacaq.
Bu kontentin portalımızda yayınladığı tarix : 28/07/2014Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒