Oskar mükafatına namizədlərin adları məlum oldu

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində 86-cı Oskar mükafatına namizədlərin adları açıqlanıb. Ən yaxşı film: «Amerikasayağı fırıldaq», «Kapitan Filips», «Dallas alıcılar klubu», «Cazibə», «Onun», «Nebraska», «Filomena», «12 illik əsarət», «Uoll-Strit canavarı». Ən yaxşı aktyor: Kristian Beyl, Bryus Dörn, Leonardo di Kaprio, Çivetel Exiofor, Metyu MakKonaxi. Ən yaxşı aktrisa: …

Hollivudun 2013-cü ildəki ən gəlirli filmləri

2013-cü ildə ən çox gəlir gətirən Hollivud filmlərinin siyahısı məlum olub. Siyahıya “Dəmir adam” silsiləsindən üçüncü film rəhbərlik edir. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Hollivud kino sənayesinin ən çox gəlir əldə etdiyi il, məhz yola saldığımız 2013-cü il olub. Rəsmi açıqlamaya əsasən kino mərkəzi bir il ərzində 11 milyard dollar qazanıb. Müəlliflərinə …

İnternetdə ən çox axtarılan məşhurların adları açıqlandı

“Microsoft”un sahibi olduğu “Bing” onlayn axtarış sistemi 2013-cü ildə internetdə ən çox axtarılan məşhurların reytinqini tərtib edib. AgahMedia.Com informasiya portalının məlumatına görə, amerikalı məşhur müğənni Beyonsun liderlik etdiyi reytinqin 2-ci pilləsində Kim Kardaşyan, 3-cü pilləsində isə, Rihanna yer alıb. İlk beşliyi qadınların mənimsədiyi reytinqdə 4-cü və 5-ci yerlərdə Teylor Svift və Madonna qərarlaşıblar.

Ən yaxşı teleserialların reytinqi

Kinematoqrafiya və sənədli filmlər, film ulduzları, seriallar barədə məlumat saytı olan nüfuzlu IMDb növbəti dəfə “Bütün zamanların ən yaxşı teleserialları” reytinqini açıqlayıb. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, reytinqə Britaniyanın BBC teleradiokorporasiyasının istehsalı olan “Planet Earth” sənədli serialı başçılıq edir. Reytinqdə ilk dəfə olaraq Türkiyədə istehsal edilmiş teleserial yer alıb. O, TRT1 telekanalı …

2013 Nobel Edebiyat Ödülü Alice Munro’nun oldu

Nobel Edebiyat Ödülü bu yıl Kanadalı yazar Alice Munro’ya gitti. AgahMedia.Com portalının “Hürriyet” gazetesine istinaden haberine göre,ödül açıklamasında Munro “modern kısa hikayenin ustası” olarak nitelendirildi. Bahisçiler ödülü Haruki Murakami’nin almasını beklerken bu sonuç bir sürpriz olarak değerlendirildi. Kısa hikayeleriyle tanınan Munro, 8 milyon İsveç kronu (yaklaşık 2,5 milyon Türk lirası) ödüle layık görüldü. İsveç Akademisi’nin …

Forbes dərgisi ən çox pul qazanan məşhur cütlüklərin adlarını açıqladı

Məşhur “Forbes” dərgisi növbəti dəfə dünyada ən çox pul qazanan məşhur cütlüklərin siyahısını dərc edib. AgahMedia.Com informasiya portalının məlumatına görə, dərginin bu siyahısında ilk yerə illik 95 milyon dollar gəlirlə müğənni Beyons və onun həyat yoldaşı Cey Z sahiblənib.Reytinqin 2-ci pilləsində 80 milyon dollar gəlirlə amerikalı futbolçu Tom Bredi və onun model olan xanımı Cisel …

Afaq Şıxlının “Amin!” şeiri

Silinsin göz yaşı gözlərimizdən, Gülüş silinməsin üzlərdən! Amin! Küsüb incisək də bir-birimizdən, Qəlblər qırılmasın sözlərdən! Amin! Güc versin ruhlara sevgi, məhəbbət, İnsanı insana bağlasın ülfət, Üzlərə nur gəlsin, qollara qüvvət, Təpər azalmasın dizlərdən! Amin! Tikanlar, alaqlar solub saralsın, Yamanın başına dünya daralsın, Qoy, yarın könlünü elə yar alsın, Baxışlar itməsin izlərdən! Amin! Zaman qanadlıdır, dönsə …

İctimai TV fəaliyyətinin 9-cu ilinə qədəm qoydu

Bu gün Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinə başlamasından 8 il ötür. İctimai Teleradio bu müddət ərzində operativ və obyektiv, qərəzsiz və tərəfsiz xəbərləri, maarifçilik missiyası, rəngarəng layihələri ilə geniş tamaşaçı auiditoriyasının rəğbətini qazanıb. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, ötən 8 ildə İTV-nin əldə etdiyi ən böyük nailiyyətlərdən biri …

Cennifer Lopez müsabiqədə iştirak üçün 15 milyon dollar tələb etdi

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, məşhur müğənni Cennifer Lopez “Amerika idol” yarışmasında münsif olmaq üçün 15 milyon dollar istəyib.Səsi olan gənclər arasında keçirilən müsabiqə rəhbərliyi müğənninin təklifini qəbul edib.Lopez illik 15 milyon dollar maaşla yanaşı bəzi haqlara da sahib olacaq. Belə ki, o, hər efir üçün faiz götürəcək. Qeyd edək ki, Cennifer …

Mənzil hədiyyə olunan jurnalistlərin siyahısı məlum oldu

Azərbaycanda Milli Mətbuatın yaradılmasının138 illiyi münasibətilə jurnalistlər üçün dövlət tərəfindən inşa olunmuş binadakı mənzillər sahiblərinə təqdim olunub. AgahMedia.Com informasiya portalı 2,3 və 4 otaqlı mənzillərə sahiblənən jurnalistlərin siyahısını təqdim edir. 2 otaqlı mənzil alan media nümayəndələri 1. Abbasova Ətayə Ələmdar qızı, “Lider” TV 2. Abdullayeva Zümrüd Qurban qızı, “Respublika” qəzeti 3. Abbasov Tahir Heydər oğlu, …

Dəyərli media nümayəndələri, bayramınız mübarək!

AgahMedia.Com Beynəlxalq Media Şəbəkəsinin kollektivi Azərbaycanda Milli Mətbuatın yaradılmasının138 illiyi münasibətilə Vicdanın diqtəsi ilə fəaliyyət göstərən bütün ləyaqətli media nümayəndələrini ən xoş arzularla təbrik edir!

“Mənim Azərbaycanım” fotomüsabiqəsi üçün fotoşəkillər qəbul olunur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Mənim Azərbaycanım” internet fotomüsabiqəsinin başlanmasını elan edib. AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, müsabiqə 3 nominasiya üzrə təşkil olunur: Təbiət – Azərbaycanın gözəl mənzərələri Tarix – Azərbaycanın adət …

Forbes dərgisi ən çox qazanan şou-biznes nümayəndələrinin adlarını açıqlayıb

Nüfuzlu “Forbes” dərgisi növbəti dəfə ən çox gəlir əldə edən şou-biznes ulduzlarının illik siyahısını dərc edib. AgahMedia.Com informasiya portalının  məlumatına görə, builki siyahıda liderliyə teleaparıcı Opra Uinfri sahiblənib. İkinci yerdə müğənni Ledi Qaqanın yer aldığı siyahıda, rejissior Stiven Spilberq üçüncü olub. Siyahının ilk onluğunda yer alan məşhurlar: 1. Opra Uinfri (77 milyon dollar) 2. Ledi …

Jerar Depardye 7 ölkədən vətəndaşlıq almağı planlaşdırır

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, məşhur aktyor Jerar Depardye 7 ölkənin vətəndaşlığını almaq qərarına gəlib və yaxın vaxtlarda o, Əlcəzair vətəndaşlığını da alacaq. Depardyenin sözlərinə görə, müxtəlif ölkələrin pasportları ona bütün dünyada vizasız səyahət etməyə imkan verəcək. Fransız-rus aktyoru olduğunu deyən Jerar Depardye özünü dünya vətəndaşı hesab edir. Hazırda o, Rusiya, Fransa, Belçika …

Şakira dahi imiş…

Məşhur müğənni Şakira bu günə kimi əldə etdiyi uğurların təsadüfi olmadığını sübut edib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Beynəlxalq Dahilər Təşkilatı (Mensa) məşhur müğənni Şakiranın dahilər siyahısına düşdüyünü açıqlayıb. Təşkilat 36 yaşlı müğənninin IQ səviyyəsinin 140 olduğunu bildirib. Təşkilatın verdiyi açıqlamada IQ səviyyəsi 139-dan çox olanların dahilər sırasına daxil olduğu, Şakiranın da …

Belorusiya prezidenti “Eurovision” təşkilatçılarını fırıldaqçılıqda suçladı

“Sən hesabına ən azı 12 xal əlavə edə bilərsən. Bu təkcə müsabiqənin nə qədər siyasiləşdiyini deyil, həm də onun nə qədər saxtalaşdırıldığını da göstərir.” AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, bu sözləri Belorusiya prezidenti Aleksandr Lukaşenko, ölkəsini Eurovision mahnı müsabiqəsində təmsil edən Alyona Lanskayaya deyib. Belorusiyanın Belta xəbər agentliyi bildirir ki, Aleksandr Lukaşenkonun fikrincə, …

İTV “Eurovision-2013″də Azərbaycandan Rusiyaya verilən qiymət haqqında rəsmi açıqlama verdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Cəmil Quliyev “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanın Rusiyaya verdiyi səslə bağlı məsələyə aydınlıq gətirib. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, İTV rəhbəri bildirib ki, Rusiya Azərbaycanla ümumi maraqları, ümumi insani dəyərləri və nəhayət ümumi tarixi olan ölkədir. Bəyanatla çıxış edən İTV-nin Baş direktoru daha sonra deyib: …