Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Hollivudun 2013-cü ildəki ən gəlirli filmləri

Hollivudun 2013-cü ildəki ən gəlirli filmləri

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Hollywood_logo

2013-cü ildə ən çox gəlir gətirən Hollivud filmlərinin siyahısı məlum olub. Siyahıya “Dəmir adam” silsiləsindən üçüncü film rəhbərlik edir. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Hollivud kino sənayesinin ən çox gəlir əldə etdiyi il, məhz yola saldığımız 2013-cü il olub. Rəsmi açıqlamaya əsasən kino mərkəzi bir il ərzində 11 milyard dollar qazanıb. Müəlliflərinə sərvət qazandıran ilk 5 filmin gəlirləri də bunun bariz göstəricisidir.
Maraqldır ki, ilk beşliyə daxil olan filmlərin hamısı silsilə xarakterli filmlər olub. ilk pilləyə yerləşən “Dəmir adam” sesiriyasının 3-cü filmi 2013-cü ildə nümayişə girən və ən çox gəlir əldə edən film ünvanını qazanıb. Populyar aktyor Robert Dauninin baş rolda çəkildiyi ekran əsəri 1 milyar 215 milyon dollar qazanc əldə edib. “Dəmir Adam 3” eyni zamanda bu vaxta qədər ən çox izlənilən 5 filmdən biri olub.

1. “Iron Man” – 3
1 MİLYARD 215 MİLYON $

 

2. “Despicable Me” – 2

918.8 MİLYON $

İkinci pillədə “Yaramazam” animasiya filminin 2-ci seriyası gəlir. Film dünya miqyasında təxminən 920 milyon dollar gəlir əldə edib.

 

3. “ The Hunger Games: Catching Fire”

797.5 MİLYON $

Aclıq Oyunları trilogiyasının “Alovu yaxalamaq” adlanan 2-ci filminin cəmi 40 gündür kütləvi nümayişə çıxmasına baxmayaraq, müəlliflərinin üznü güldürüb. Belə ki, gəlir 800 milyon dollara çatıb.

 

4. “Fast & Furious”- 6

788.7 MİLYON $

4-cü pillədə mərhum aktyor Pol Uolkerin də iştirak etdiyi Forsaj seriyasından 6-cı film qərarlaşıb. Bu film müəllflərinə 788 milyon dollar qazandırıb.

 

5. “Monsters University”

743.6 MİLYON $

Divlər universiteti animasiya filminin 2-ci seriyası isə təxminən 750 milyon dollarlıq gəlirlə 2013-cü ildə ən çox izlənilən filmlərdən olub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*