Silinsin göz yaşı gözlərimizdən, Gülüş silinməsin üzlərdən! Amin! Küsüb incisək də bir-birimizdən, Qəlblər qırılmasın sözlərdən! Amin! Güc versin ruhlara sevgi, məhəbbət, İnsanı insana bağlasın ülfət, Üzlərə nur gəlsin, qollara qüvvət, Təpər azalmasın dizlərdən! Amin! Tikanlar, alaqlar solub saralsın, Yamanın başına dünya daralsın, Qoy, yarın könlünü elə yar alsın, Baxışlar itməsin izlərdən! Amin! Zaman qanadlıdır, dönsə …
Etiket arşivleri: Afaq Şıxlının şeirləri
Bunları bacarırsanmı? (Mənsur şeir)
Sənin səhvlərini düşünürəm…, araşdırmaq istəyirəm… … Səni az da olsa ideallıqdan uzaqlaşdırmaq istəyirəm… Elə bilirsən tapmıram? Tapıram… bəzi səhvlərini, çatışmayan cəhətlərini… Amma qəbul etmir ürəyim… unut deyir. Hər şeyə rəğmən yenə səni sevir. Elə bilirsən incimirəm səndən? İnciyirəm…, gözlərim dolur, Amma hər dəfə səsini duyan kimi umu-küsülər yox olur. Sən… Sən və Sən… Ah, …