Şakira dahi imiş…
|
Məşhur müğənni Şakira bu günə kimi əldə etdiyi uğurların təsadüfi olmadığını sübut edib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Beynəlxalq Dahilər Təşkilatı (Mensa) məşhur müğənni Şakiranın dahilər siyahısına düşdüyünü açıqlayıb. Təşkilat 36 yaşlı müğənninin IQ səviyyəsinin 140 olduğunu bildirib. Təşkilatın verdiyi açıqlamada IQ səviyyəsi 139-dan çox olanların dahilər sırasına daxil olduğu, Şakiranın da dahilər siyahısında yer aldığı qeyd olunub. Təşkilatın dahilər siyahısında həmçinin, Madonna (140 IQ), Quentin Tarantino (160 IQ) və James Woods (180 IQ) kimi məşhurlar da yer alıb.
Bu kontentin portalımızda yayınladığı tarix : 12/06/2013Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒