Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Şou biznes və Mədəniyyət, Texno, Ümumi » İctimai TV fəaliyyətinin 9-cu ilinə qədəm qoydu

İctimai TV fəaliyyətinin 9-cu ilinə qədəm qoydu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Ictimai_TV_logo

Bu gün Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinə başlamasından 8 il ötür. İctimai Teleradio bu müddət ərzində operativ və obyektiv, qərəzsiz və tərəfsiz xəbərləri, maarifçilik missiyası, rəngarəng layihələri ilə geniş tamaşaçı auiditoriyasının rəğbətini qazanıb. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, ötən 8 ildə İTV-nin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də kanalın Avropa Yayım Birliyinə üzv qəbul olunmasıdır. Televiziya bu yolla Avropa Yayım Birliyindən informasiya almaqla yanaşı, həm də ölkəmiz haqqında məlumatların dünyaya çatdırılmasını təmin edir. Yarandığı vaxtdan bir çox ölkənin televiziyaları, Avropanın əsas xəbər kanalı “Euronews”la əməkdaşlıq quran Azərbaycan İctimai Televiziyası bundan sonra da beynəlxalq əlaqələrini genişləndirmək niyyətindədir.
İctimai Televiziya və Radio 24 saat ərzində Azərspace və Hotbird peykləri vastəsilə dünyanın əksər ölkələrinə, həmçinin, internet vasitəsilə ilə bütün dünyaya yayımlanır.
AgahMedia.Com Beynəlxalq Media Şəbəkəsinin Kollektivi İctimai TV-nin 8 yaşının tamam olması münasibətiə, İctimai Teleradio Şirkətinin çalışanlarını və şirkətin uğurlu fəaliyyətində rolu olan bütün insanları ən xoş arzularla təbrik edir!

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*