Home » Beynəlxalq, Siyasət, Ümumi » BMT Fələstinin statusunu artırdı

BMT Fələstinin statusunu artırdı

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, BMT Baş Assambleyası Fələstinin qeyri-üzv müşahidəçi dövlət kimi tanınmasının lehinə böyük fərqlə səs verib. İsrail və ABŞ bu addımın qəti əleyhinə çıxış edib.
Fələstin prezidenti Mahmoud Abbas bunu İsraillə münaqişədə “iki-dövlətlik həllin son şansı” adlandırıb.
İsrailin BMT nümayəndəsi deyib ki, tələbnamə sülh prosesini “geri çəkib”. ABŞ isə bu addımın “uğursuz” olduğunu deyib.
Beləliklə fələstinlilər BMT debatlarında iştirak edə bilər və potensial olaraq Beynəlxalq Cinayət Məhkəməsi kimi qurumlara qoşula bilər.
Səsvermədə assambleyanın 138 üzv dövləti tələbnamənin lehinə, 9 üzv dövləti isə əleyhinə səs verib; 41 üzv dövlət səs verməkdən çəkinib.
Fələstinin “müşahidəçi dövlət” statusunun lehinə səs verən ölkələrdən biri Azərbaycan olub.
İsrail, Kanada, ABŞ, Çexiya, Mikronezya, Palau, Panama, Marşal adaları və Nauru isə tələbnamənin əleyhinə səs verən ölkələrdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*