Home » İdman, Ümumi » Beynəlxalq oyunlara təyinat alacaq azərbaycanlı hakimlərin siyahısı təsdiqləndi

Beynəlxalq oyunlara təyinat alacaq azərbaycanlı hakimlərin siyahısı təsdiqləndi

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, FİFA 2012-ci ildə beynəlxalq oyunlara təyinat alacaq azərbaycanlı hakimlərin siyahısını təsdiqləyib. Siyahıya ötən illə müqayisədə dəyişiklik və əlavələr də edilib. Fariz Yusifov, Anar Salmanov və Vüsal Əliyev futbol üzrə FİFA referisi kimi qalıblar. Lakin köməkçi hakimlərdən Samir Hacıyevlə Elman Musayevi Namiq Süleymanov və Yaşar Abbasov əvəzləyib. Mehman Mahmudov, Vaqif Musayev, Mübariz Haşımov və Zeynal Zeynalov FİFA laysmanı kimi fəaliyyətlərini davam etdirəcəklər.
Futzal üzrə FİFA referilərinin siyahisinda heç bir dəyişiklik baş verməyib. Elçin Məmmədov, Elçin Səmədli və Ramil Namazov yenə iş başında olacaqlar.
Çimərlik futbolu üzrə FİFA referilərimizdən Əfqan Həmzəyev yenə beynəlxalq oyunlara təyinat alacaq. Fuad Həsənovu isə İnqilab Məmmədov əvəzləyib.
Qadın futbolu üzrə beynəlxalq dərəcəli hakimlərimizin siyahısında isə artım baş verib. 2011-ci ildə Venera Kahriç baş hakim, Maya Nəbiyeva ilə Ülviyyə Mustafayeva yan xətt hakimləri idilərsə, Səbayel Qurbanova baş hakim, Yuliya Larionova və Gülyana Güvəndiyeva yan xətt hakimləri kimi təsdiqlənib. Bu artımın 2012-ci ildə Bakıda 17 yaşadək qızlar arasında dünya çempionatının keçiriləcəyi ilə bağli olduğu güman edilir. Yəqin ki, dünya çempionatında azərbaycanlı hakimlər də oyun idarə edəcəklər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*