Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Ümumi » Barak Obama ilə qonşu olmaq istəyənlərin nəzərinə

Barak Obama ilə qonşu olmaq istəyənlərin nəzərinə

ABŞ prezidenti Barak Obamanın malikanəsinin yaxınlığındakı torpaq sahəsinə müştəri axtarılır. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Çikaqonun Kenvud rayonunda Barak Obamanın malikanəsinin qonşuluğundakı torpaq sahəsi 899 min dollara təklif olunur. “Chicago Tribune” qəzetinin yazdığına görə, torpaq sahəsinin əvvəlki sahibləri onu 2008-ci ildə 675 min dollara alıblar. Ərazidə 740 kv.m sahəsi olan ev tikmək nəzərdə tutulub.
Ancaq sonra ev tikmək fikrindən daşınan torpaq sahibləri ərazini satmaq qərarına gəliblər. Torpaqla yanaşı evin arxitektura planı da satışa çıxarılacaq.
Torpağın satışı ilə məşğul olan şirkətin məlumatına görə, ərazi əvvəlcə prezident Barak Obamaya təklif edilib. Ancaq Obama ərazi ilə maraqlanmadığından başqa müştəri axtarmaq qərarına gəliblər. Maraqlıdır ki, ərazini alacaq şəxs öz maliyyə vəziyyəti barədə hesabat verməli və prezidentin təhlükəsizlik xidməti tərəfindən ciddi yoxlanılmalıdır.
Obamanın qonşuluğundakı digər malikanə isə 2010-cu ildə 1,4 milyon dollara satılıb. 1973-cü ildə cəmi 35 min dollara alınan malikanənin qiymətinin belə artmasına səbəb onun Obamanın evinin yaxınlığında yerləşməsidir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*