Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Bank of Azerbaijan” arzu, təklif və şikayətlər üçün yeni xidmət yaratdı

“Bank of Azerbaijan” arzu, təklif və şikayətlər üçün yeni xidmət yaratdı

Bank of Azerbaijan2011 – ci ilin 2 – ci rübündən «Bank of Azerbaijan» ASC xidmət səviyyəsini yaxşılaşdırmaq, və həmcinin «Müştərilərə xidmət göstərilməsinə yeni yanaşma»nın inkişaf etdirilməsi məqsədilə yeni «Client Care» xidmətini tətbiq edib. AgahMedia.Com portalının adıçəkilən banka istinadən məlumatına görə, yeni tətbiq olunan xidmətə görə, bankın hər bir müştərisi, istənilən arzu, təklif və şikayətlə xüsusi (055) 3333 – 175 nömrəsinə müraciət edə, vəya cs@bank.az elektron ünvanına məktub göndərə bilər. Həmcinin Bankın internet səhifəsində olan “Təkliflər və İradlar qutusu” vasitəsi ilə hər vətəndaş istənilən müraciətini, təklifini vəya çikayətini(http://www.bank.az/PrivateOffers.aspx) yazıb banka göndərəbilər. Müştərinin arzusu, təklifi və ya şikayəti 24 saat ərzində bankın mütəxəssisləri və rəhbərliyi tərəfindən nəzərdən keçiriləcək və cavablandırılacaq. Yeni xidmət, ilk növbədə, bu və ya digər səbəbdən bankda xidmətin səviyyəsindən narazı qalan şəxslər üçün nəzərdə tutulub. Xatırladaq ki, «Bank of Azerbaijan» ASC – nın 2009 – cı ildən 175 nömrəli “Məlumat Mərkəzi” fəaliyyət göstərir, və hər bir Müştəri həmin nömrə vasitəsi ilə Bank ilə əlaqə yaradabilər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*