Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Ümumi » Bank işçisi yuxulu halda səhvən 22 milyon avro məbləğində pul köçürməsi etdi

Bank işçisi yuxulu halda səhvən 22 milyon avro məbləğində pul köçürməsi etdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Euro

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Almaniya məhkəməsi tabeliyində olan işçisinin səhvini gözdən qaçıran bank menecerinin işdən çıxarılmasını qanunsuz sayıb. Onun tabeliyində olan əməkdaş iş yerində yuxulayaraq bir hesabdan başqa hesaba 64 avro əvəzinə 22 milyon avrodan çox pul köçürmüşdür. Bank işçisi əlini klaviaturadan çəkmədən mürgüləmişdir. Nəticədə həmin hesaba 22222222,22 avro köçürmüş, menecer isə əməliyyatı təsdiq etmişdir. Yol verilmiş xəta daha sonra başqa əməkdaş tərəfindən düzəldilmişdir.
İşdən çıxarılmış menecer məhkəmədə demişdir ki, səhvə yol verilən gün o, 812 sənəd yoxlamış, onların hər birinə bir saniyədən də az vaxt sərf etmişdir.
Hakimin fikrincə, bankın rəhbərliyi 1986-cı ildən bu maliyyə idarəsində çalışan əməkdaşına töhmət verməklə kifayətlənə bilərdi.
İş yerində mürgüləyən əməkdaşın taleyi barədə heç bir məlumat yoxdur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*