Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakının daşınmaz əmlak bazarında bahalaşma gözlənilir

Bakının daşınmaz əmlak bazarında bahalaşma gözlənilir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, cari ilin əvvəlindən paytaxtda daşınmaz əmlakın qiymətləri 4,12 faiz, mənzilin qiymətləri isə 15 faiz artıb.

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, N.İbrahimov qeyd edib ki, iyulda daşınmaz əmlak bazarında qiymətlər 2,06 faiz, mənzil bazarında isə 3,03 faiz azalıb.

Ekspertin sözlərinə görə, ötən illə müqayisədə qiymətlər xeyli artıb, bununla əlaqədar alıcılar, demək olar, bazarı tərk ediblər: “Buna görə də bazarın fəallığı çox aşağı düşüb ki, bu da öz növbəsində mənzilin qiymətlərinin azalmasına səbəb olub”.
N.İbrahimov əlavə edib ki, qiymətlərin azalması, həmçinin ilkin və təkrar bazarlarda, müvafiq olaraq, 5,7 faiz və 1,43 faiz təşkil edib.
Ekspert bildirib ki, payızda Bakıda daşınmaz əmlakın qiymətlərinin 3-4 faiz artması gözlənilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*