Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda erməni etiketli 74,4 ton toyuq əti aşkarlandı

Bakıda erməni etiketli 74,4 ton toyuq əti aşkarlandı

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Ermənistanda satışı nəzərdə tutulan toyuq ətinin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Maraqlıdır ki, erməni dilində etiket yazıları olan toyuq ətinin üzərində “Halal” sözü də yazılıb. Amma Dövlət Gömrük İdarəsi toyuq ətini ölkəmizə keçirmək istəyənələrə bu istəklərini haram edib.
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisində satışına icazə verilməyən 74,4 ton toyuq məmulatları aşkar edib. Belə ki, Ermənistanda satılması nəzərdə tutulan toyuq əti Azərbaycana dövriyyə buraxılması üçün gömrükdən keçirilməsinə cəhd edilib. Toyuqlar Ukrayna istehsalı və Samur Gömrük Keçid Məntəqəsindən ölkə ərazisinə daxil olub. Bakıda 4 TIR-la yüklənmiş mal gömrük nəzarətindən keçirilib. Bakı Baş Gömrük İdarəsi əməkdaşları toyuqların etiketlərinin üzərinə baxış keçirən zaman malda erməni dilində yazıları aşkar ediblər.
Bakı Baş Gömrük İdarəsinin baş inspektoru Vüqar Namazovun sözlərinə görə, bu etiketlərin üzərində bir çox dillərdə yazılıb. Amma bu, əsasən erməni dilində yazılıb: “Onlar Ermənistana idxal olunan maldır və səhvən Azərbaycana daxil olub”.
Bəlli olduğu kimi, üzərində dövlət dilində yazısı olmayan malların ölkə ərazisində satışı, yəni dövriyyə buraxılması qanunla qadağan edilir. Yəni istehlak üçün idxal, sərbəst dövriyyə üçün buraxılış edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Yəni məhsulun adı, həcmi, növü və tərkibi, istifadə qaydaları, istehsal tarixi və yararlılıq müddəti Azərbaycan dilində göstərilməlidir. Ölkəyə keçirilməyə cəhd edilən Ukrayna toyuqlarının etiketində isə erməni və digər dillərdə yazı olsa da, doğma dildə belə bir yazı yoxdur.
Təəssüflə qeyd etməliyik ki, üzərində erməni yazısı olan toyuqları Azərbaycana qovan özümüzünküdür. Sahibkarla söhbət zamanı məlum olub ki, o malın üzərindəki yazılardan məlumatsız olub. “SMD-B” MMC birinci dəfədir ki, belə məhsul gətirir.
Qeyd edək ki, aşkar olunan 4 TIR məhsullarla bərabər Azərbaycan ərazisindən geri qaytarılıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*