Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Bakıda beynəlxalq “Neft, qaz və media” konfransı keçiriləcək

Bakıda beynəlxalq “Neft, qaz və media” konfransı keçiriləcək

Sentyabrın 17-19-da Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə “Neft, qaz və media” konfransı keçiriləcək. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə,BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu bildirib ki, bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başlamışdır. Konfransa qeydiyyat bu sayt vasitəsilə aparılır. Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri də konfransa maraq göstərərək, iştirak üçün rəsmi razılıqlarını bildirmişlər. Təşkilat Komitəsinin sədri konfransı keçirməkdə əsas məqsədlərinin azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji tərəfdaşları arasında əlaqələri inkişaf etdirməkdən, enerji istehsal edən dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət olduğunu vurğulamışdır.
Konfransa dünyanın ən nüfuzlu ali elm ocaqlarının – Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə məşhur professorları, aparıcı ekspertləri də qatılacaqlar.
Bu mötəbər tədbirdə dünyanın əksər ölkələrindən 200-dən çox media təmsilçisinin iştirakı gözlənilir. Onların arasında “Reuters”, “Financial Times”, “Al-Jazeera”, “Forbes”, “The Dallas Morning News” kimi aparıcı media qurumlarının nümayəndələri də var.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*