Bakı şəhəri mənzil qiymətlərinin artımına görə dünya üzrə ikinci yerdə qərarlaşıb
|
AgahMedia.Com informasiya portalının “ANS PRESS”ə istinadən məlumatına görə, aparılan növbəti hesablamalar nəticəsində məlum olub ki, Bakı şəhəri mənzil qiymətlərinin artımına görə dünyada Moskvadan sonra ikinci yeri tutur. Avropa ölkələrində bu rəqəm 4 faizə qədərdisə, Bakının bu artımda payı 5,5 faizdir. Ümumiyyətlə, qiymət artımı hesablayarkən mütəxəssislər tərəfindən əsasən şəhərin mərkəz hissəsindəki evlərin orta qiyməti nəzərə alınır. 2012-ci ilə görə Bakı şəhərində bu rəqəm mülkün hər kvadratmetrinə görə 1928 manata bərabədir. Dünyada isə artıq neçə ildir ki, siyahıya 1400-1600 avro ilə Monako başçılıq edir.
Bəs görəsən paytaxtın əsasən hansı hissələrində qiymət artımı daha çoxdur və bunun səbəbləri nədir? Daşınmaz əmlak agentliklərində bunu yeni tikililərin azalması və tələbin təklifi üstələməsi ilə əsaslandırırlar. Mütəxəssislərin fikrincə, şəhərin mərkəzində qiymətlər baha olsa da, artım faizi adətən qəsəbələrdə qeydə alınır. Müstəqil ekspert Nüsrət İbrahimov paytaxtın daşınmaz əmlak bazarında qiymətlərin son 3-4 ildə yüksəldiyini və bu il ilk dəfə ən pik həddə çatmasını ölkənin maliyyə imkanları ilə bağlı olduğunu bildirir.
Qeyd edək ki, indiyədək Avropanın paytaxt şəhərlərində qiymət artımı olurdusa, bu il bahalaşma daha çox MDB ölkələrinin paytaxt şəhərlərində müşahidə edilib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒