Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 14 dəfə artıb

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 14 dəfə artıb

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Azerbaycan_ve_Turkiye_Bayraklari

Son on ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 14 dəfə artıb. Bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Zəfər Çağlayan iki ölkə arasında ticarət dövriyyəsinin keçən il 4,2 milyard dollar olduğunu qeyd edib. Z.Çağlayan iki ölkə arasında ticarət əlaqələrinin daha da artması üçün işlər görülməli olduğunu və işadamlarının önündəki əngəllərin qalxmasının vacibliyini vurğulayıb.O, türk şirkətlərinin Azərbaycana 7 milyard dollar sərmayə yatırdıqlarını bildirib.
Nazir azərbaycanlı iş adamlarının isə SOCAR və Petkim nəzərə alınmaqla Türkiyədə yatırdıqları sərmayənin 10 milyard dollar olduğunu qeyd edib.

Z.Çağlayanın sözlərinə görə, bu ilin beş ayında tikinti sahəsində çalışan türk işadamları Azərbaycanda 3 layihədə 1,3 milyard dollarlıq həcmdə iş görüblər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*