Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Azərbaycanın milli ödəniş sistemi yaradılacaq

Azərbaycanın milli ödəniş sistemi yaradılacaq

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Merkezi_Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) milli ödəniş sisteminin inkişaf strategiyasını hazırlayır. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə danışan AMB-nin baş direktoru Rəşad Orucov bildirib ki, strategiyanın layihəsi hazırlanıb və razılaşdırılması üçün müvafiq strukturlara təqdim edilib. Rəşad Orucovun sözlərinə görə, sənəd ölkədə nağdsız hesablaşmaların inkişaf perspektivlərini əks etdirir: “Azərbaycanda bu sahədə kifayət qədər geniş infrastruktur yaradılıb. Strategiya, həmçinin sahənin əlavə stimullaşdırılması üzrə gələcək tədbirləri əhatə edir”.

Ölkənin bank bazarındakı mənbə “Trend”ə bildirib ki, pensiya, təqaüd, müavinət və ödənişlərin həyata keçirildiyi bütün sosial kartların gələcəkdə bu sistemə keçirilməsi istisna edilmir. Mənbənin sözlərinə görə, bu addım hazırda Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin platformalarında buraxılan kartların emissiyası və xidmət göstərilməsi üzrə xərcləri azaldacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*