Home » Siyasət, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycanda yeni qanun piratçılığa ağır zərbə vuracaq

Azərbaycanda yeni qanun piratçılığa ağır zərbə vuracaq

Müəllif hüquqlarının qorunması sahəsində Avropa İttifaqının Avropa Komissiyası və Azərbaycan Müəllif Hüquqları Agentliyi arasında yeni “Twining” layihəsinə start verilib. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,yaxın günlərdə rəsmi təqdimatı olacaq layihə müəllif hüquqlarının qorunması sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsini, bu sahədə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsini və ölkəmizdə piratçılığın səviyyəsinin azaldılmasını nəzərdə tutur. Bundan başqa ölkəmizdə müəllif hüquqlarının qorunması sahəsində yeni qanun da hazırlanıb.
Müəllif hüquqlarının pozulması və piratçılıq yalnız müəllifə deyil, həm də həmin məhsulu buraxan istehsalçıya, həm dövlət büdcəsinə, eyni zamanda bu pirat məhsulları istifadə edən istehlakçılara ziyan vurur. İstehlakçılar isə pirat məhsullardan istifadə etmələrinin səbəbini müxtəlif cür izah edir. Onlar orijinal məhsulların həddindən çox baha olduğunu əsas gətirərək pirat məhsullara üstünlük verdiyini bildirib.
Məhz bu problemləri azaltmaq üçün ölkəmizdə yeni qanun layihəsi hazırlanıb. Artıq layihə Prezident Adminstrasiyasında müzakirə olunub və yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək. Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə” adlı qanun layihəsində çap və audio-vizual məhsulların, kompüter proqramlarının piratçılığının qarşısının alınması üçün xüsusi nəzarət markalarının tətbiqi nəzərdə tutulur.
Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayət Həsənli ANS-ə bunları deyib: “Nəzarət markasının mahiyyəti ondan ibarətdir ki, məsələn hansısa bir nəşriyyat sifariş verirsə ki, bir yazıçının kitabını min nüsxədə çap edəcək, o min ədəd marka alır. Əgər sonradan satışda min bir kitab olarsa, deməli o bir kitab piratdır”.
AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,həmçinin yaxın vaxtlarda müəllif hüquqlarının qorunması üçün Nazirlər Kabineti yanında Xüsusi Antipirat Məsələləri üzrə Dövlət Komissiyası yaradılacaq. Bu komissiyanın tərkibinə bununla bağlı bütün səlahiyyətli dövlət qurumlarının nümayəndələri daxil olacaq.

Qeyd edək ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun 1996-cı ildə qəbul edilib. Bundan başqa, Cinayət Məcəlləsində müəllif hüquqlarının pozulması və piratçılığa görə ən ağır cəza kimi şərti maliyyə vahidinin 500 mislindən min mislinədək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. Lakin bu cəza yalnız xüsusi hallarda və külli miqdarda ziyan vurulduqda, cinayət mütəşəkkil şəkildə törədildikdə tətbiq olunur. Bu maddənin tətbiqi üçün xüsusi ittiham irəli sürülməldir.
Lakin Müəllif Hüquqları Agentliyində piratçılığa görə cəzanı yüngül hesab edirlər. Məhz buna görə agentlik hökumətə cəzaların ağırlaşdırılmasını təklif edib və bu təklif bəyənilib.
AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda kitab bazarında piratçılığın səviyyəsi 41 faiz, audiovizual məhsullarda 71 faiz, kompüter piratçılığında 88 faiz təşkil edir. Müəllif Hüquqları Agentliyində isə 8 mindən çox əsər qeydiyyatdan keçib. Müəllif hüquqlarını qorumaq və piratlarla mübarizədə uğur qazanmaq üçün mütləq əsəri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmək lazımdır. Bunun üçün isə cəmi 5 manat dövlət rüsumu tələb olunur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

2 Responses to Azərbaycanda yeni qanun piratçılığa ağır zərbə vuracaq

  1. Nə qədər ki Müəllif Hüquqları agentliyinin bacarıqsız kollektivi var Azərbaycanda piratçılıq bitməyəcək. 1996 cı ildən bu gynə kimi Agentlik nə edib. Efir və qəzetlərdə boş danışıqlar. Piratların qruyucusu Müəllif Hüquqları agentliyidir. Çox gülməlidir, 100 mahnısı olan müəllif agetliyə 500 manat pul ödəməlidiq. Agetliyi müəllifin hüququ deyil yığacağı 5 manatlar maraqlandırır.

  2. Müəllf Hüquqları Agentliyi unudur ki, müəllifin əsəri qeydiyatdan keçdiyi andan deyil yarandığı andan qorunur.Siz isə bir mediya portalı olaraq dövlət idarəsi tərəfindən verilən məlumatın kim tərəfindən verildiyini dəqiq göstərin ki məsuliyyətini bilsin. Çün ki agetlik dövlətin adından danışır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*