Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycan şirkətindən Rumıniyaya böyük investisiya

Azərbaycan şirkətindən Rumıniyaya böyük investisiya

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Euro

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Azərbaycanın “SOCAR Petroleum SA” şirkəti bu ilin birinci rübündə Rumıniya iqtisadiyyatına 58,9 milyon avro yatırmaqla reytinqdə üçüncü yerdə qərarlaşıb. Rumıniya Ticarət Qeydiyyat İdarəsinin (ONRC) məlumatına əsasən, bu ilin ilk 6 ayı ərzində Rumıniya şirkətləri vasitəsilə xarici sərmayə axını 1,5 milyard avro təşkil edib. Bunun 1,16 milyard avrosunu 50 böyük xarici investor tərəfindən onların yerli (törəmə) şirkətlərinə yatırdığı sərmayə təşkil edir.
Ümumilikdə bu ilin 6 ayı ərzində avtomobil, səhiyyə, yanacaq, tikinti, maliyyə və digər sahələrdə çalışan 40-a yaxın şirkət Rumıniya iqtisadiyyatında kapital qoyuluşunu 10 milyon avroya yaxın artırıb. Rumıniya Ticarət Qeydiyyat İdarəsi tərəfindən sözügedən şirkətlərin siyahısı çap olunub. Siyahıda birinci və ikinci yerləri – 130,9 və 91,5 milyon avro ilə Rusiyanın „Lukoil Energy & Gas Romania” və Rumıniyanın „MKB Romexterra Bank SA” şirkətləri bölüşürlər. Rumıniyada 28 yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada öz şəbəkəsini daha da genişləndirməklə yanacaq bazarının 10 faizinə yiyələnmək niyyətindədir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*