Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » Aya turist səyahətləri təşkil ediləcək

Aya turist səyahətləri təşkil ediləcək

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Apollon-17 gəmisinin Aya uşuçunun 40 illik ildönümü ərəfəsində Amerikanın NASA kosmik agentliyinin sabiq mütəxəsissləri Yerin təbii peykinə turist səyahətlərinin təşkili ilə bağlı planlarını açıqlayıblar.Kommersiya layihəsini həyata keçirmək məqsədilə Apollon layihəsi üzrə sabiq NASA direktoru və şöbə müdiri tərəfindən Golden Spike şirkəti təsis edilib.Şirkət 10 il ərzində uçuşların əlverişli qiymətə başa gələcəyini bildirib. Buna köhnə raketlərin modernləşdirmə yolu ilə nail olunmalıdır. Hazırda Aya bir səyahətin qiyməti 1.4 milyard dollar təşkil edir.
Golden Spike qarşıdan gələn 10 ildə Aya 15-20 uçuşun təşkil ediləcəyinə ümid edir. Harvard Universitetindən professor Jonathan McDowell deyir ki, kosmik turizmlə məşğul olan bir çox şirkətlər bahalı layihələrə maliyyə cəlb etməkdə çətinlik çəkərək uğursuzluğa düçar olmaq təhlükəsi ilə üzləşir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*