Home » Beynəlxalq, Siyasət, Ümumi » Avropa Komissiyası Azərbaycanla viza rejimini sadələşdirmək istəyir

Avropa Komissiyası Azərbaycanla viza rejimini sadələşdirmək istəyir

Avropa Komissiyası Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayır. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, qurum qısamüddətli vizaların verilməsi prosedurasının sadələşdirilməsi, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında qeyri-leqal miqrantların readmissiyası ilə bağlı danışıqlara başlamağı təklif edib.
“Viza verilməsi qaydalarının sadələşdirilməsi Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıq və təcrübə mübadiləsini daha genişləndirəcək. Viza rejiminin sadələşdirilməsi və readmissiya – Şərq Tərəfdaşlığı proqramının uğurlu nəticələridir və bunun həmin ölkələrin vətəndaşları üçün nə qədər mühüm önəm daşıdığını bilirəm”,- deyə Avropa İttifaqının daxili işlər üzrə komissarı Sesiliya Malmstrem bildirib.
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle isə bildirib ki, viza rejiminin sadələşdirilməsi yolu ilə əlaqələrin inkişafı sosial-iqtisadi inkişaf və qarşılıqlı fəaliyyət baxımından çox mühümdür. Avropalı komissar bu istiqamətdə edilən təklifi mühüm addım hesab edir.
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi viza alınması üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsini, uzun müddət qüvvədə olan çoxsaylı vizaların verilməsi imkanını, müəyyən qrup insanların viza üçün tələb olunan rüsumdan azad edilməsi, həmçinin diplomatik pasportlara malik insanların viza öhdəliklərindən azad olunmasını nəzərdə tutur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*