Avropa İttifaqı mobil rabitə xidmətləri bazarında köklü dəyişikliklər etmək istəyir
|
Avropa İttifaqının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes Avropada mobil rabitə xidmətləri bazarında köklü dəyişikliklər etməyə çağırır. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Nelli Kroesin təklifləri arasında Avropa İttifaqı ölkələrinin sakinləri üçün Avropadaxili rouminq anlayışının ləğv edilməsi təklifi də var. Xanım Kroesin sözlərinə görə, bu, vahid Avropa bazarının yaradılması istiqamətində həqiqi addım olmaqla istifadəçilərə bir sıra üstünlüklər verəcək və operatorların hesablarının həcmini artıracaq, çünki daha fəal səsli trafikə şərait yaradacaq. Cybersecurity.ru saytının xəbərinə görə, Avropa komissarı deyir ki, operatorların rouminqdə məlumatların ötürülməsi üçün müəyyənləşdirdikləri qiymətlər həddən artıq yüksəkdir. O, həmçinin bildirib ki, kibercinayətkarlıqla mübarizədə real işlərin görülməsinə təkid edəcək, internet və trafikin neytrallığına zəmanət verməyə çalışacaq. “Bazarlar işləməli, qurğular fəaliyyət göstərməli, şəbəkələr məlumatları ötürməlidir və bunların da hamısı investisiyalar cəlb etməlidir. Biz bu yolda saysız-hesabsız maneələrə imkan verə bilmərik”, – o qeyd edib.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒