Home » Şou biznes və Mədəniyyət, Ümumi » Avqustun 31-də “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda toplaşacaq

Avqustun 31-də “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda toplaşacaq

Avqustun 31-də Eurovision Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirəcək. Toplantıya ev sahibliyi edən yayımçı-İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin mayında keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandıracaq.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə,məşvərət qrupunun iclasında “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən hazırlıq işləri, təşkilati məsələlər müzakirə olunacaq.
Məşvərət qrupunun müsabiqəyə qədər 4-5 dəfə belə toplantısı gözlənilir.
Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək. Müsabiqədə 40-dan artıq ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Onlardan bəziləri artıq potensial qaliblərini seçməyə başlayıblar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*