Home » Maraqlı, Texno, Ümumi » Avqustun 1-ə dünyada 213,5 milyon sayt qeydə alınıb

Avqustun 1-ə dünyada 213,5 milyon sayt qeydə alınıb

AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, “Netcraft” tədqiqat şirkəti internetdə fəaliyyət göstərən veb-sayt və bloqların sayına dair avqust hesabatını təqdim edib. Belə ki, cari ilin avqust ayının 1-ə dair vəziyyət üzrə Qlobal Şəbəkədə 213 458 815 sayt işləyib. Saytların hostinqi üçün ən çox istifadə olunan internet-serverlər yalnız ikisi sahədəki paylarını artıra bilib. Xidmət göstərilən resursların sayı üzrə ən yüksək artım veb-serverlər bazarının lideri Apache şirkətində nümayiş olunub. Bir ay ərzində sözügedən platformada 6,7 milyon sayt artıb və serverin bazardakı payı 56 faizədək yüksəlib. Qeyd edək ki, Apache üçün bu son üç il ərzində ən yüksək göstəricidir. Bununla yanaşı Microsoft korporasiyasına məxsus IIS serverinin avqust ayında resurs bazası 1 milyonadək azalıb. Qeyd etmək lazımdır ki, 200 000 yaxın saytı IIS China Telecom şirkətinin bu platformanın xidmətlərindən imtina etməsi səbəbindən itirib. Uğurlu nəticələr həmçinin Lighttpd kompakt serveri tərəfindən göstərilib – 600 000 yeni sayt və bloq. “Cybersecurity” məlumat verir ki,Google şirkətinin veb-serveri isə cari ayda müsbət göstərici nümayiş etdirə bilməyib. Belə ki, internet-nəhəngin platforması avqust ayında 300 000 sayt itirib.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*