Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Asiyanın ən qabaqcıl elektronika brendləri reytinqində Sony lider oldu

Asiyanın ən qabaqcıl elektronika brendləri reytinqində Sony lider oldu

Sony korporasiyasının eyniadlı brendi Asiya regionunun ən dəyərli ticarət nişanı hesab olunub. Yaponiya şirkəti bu yaxınlarda 100 milyon PlayStation istifadəçisinin şəxsi məlumatlarının itirilməsinə dair qalmaqala baxmayaraq Campaign marketinq jurnalının nüfuzlu reytinqində birinci yeri tuta bilib.
Reytinqin ilk beşliyində Sony-dən əlavə digər elektronika istehsalçılarının da brendləri təmsil olunub, o cümlədən Yaponiyanın Panasonic və Canon, eləcə də Cənubi Koreyanın LG və Samsung şirkətlərinin ticarət nişanları, Vesti yazır. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Siyahın 5-ci pilləsindən 10-cu pilləsinə kimi qərb brendləri yer alıb – Apple, Hewlett-Packard,Google, Nestle və Nike.
Maraqlıdır ki, ilk yüzlüyə Çinin heç bir şirkətinin brendi daxil edilməyib. Haier elektronika istehsalçısı yalnız 102-ci pillədə qərarlaşa bilib.
Bununla yanaşı jurnalın təqdim etdiyi cədvəlin şərhində qeyd olunur ki, Çin və Hindistan şirkətlərinin ticarət nişanları ildən ilə ölkələri xaricində daha geniş tanınmağa doğru irəliləyir.
Reytinqin tərtib olunması çərçivəsində TNS marketinq şirkətinin apardığı sorğuda Avstraliya, Çin, Hindistan, Yaponiya, Honkonq, Malayziya, Sinqapur, Tayvan, Cənubi Koreya və Tailanddan 3 322 respondent iştirak edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*