Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » “ASAN Səyyar xidmət” regionlarda fəaliyyətə start verdi

“ASAN Səyyar xidmət” regionlarda fəaliyyətə start verdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ASAN_Xidmet_Logosu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir zamanda “ASAN xidmət” şəbəkəsinin ölkəmizin bütün ərazisini əhatə etməsi məqsədilə dövlət xidmətlərinin yeni formada təqdim edilməsini təşkil etməkdədir. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar artıq səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq. Bu məqsədlə 5-20 iyun tarixində Şirvan və Hacıqabul şəhərlərinin sakinləri Dövlət Agentliyinin təqdim etdiyi “Səyyar xidmət”lərdən Şirvan şəhərində yararlana biləcəklər. AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.
Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
Əmək pensiyalarının təyin edilməsi
Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
“Səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*