Home » Şou biznes və Mədəniyyət, Ümumi » Ancelina Coli İran filminə çəkiləcək

Ancelina Coli İran filminə çəkiləcək

AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli İranda filmə çəkilməyə razılıq verib. “MİGnews.com” saytı yazır ki, aktrisanın İrana gələrək bu ölkədə 2012-ci ilin mart ayının 20-dək qalacağı gözlənilir.
Kinoprodüser Əli Sartipinin verdiyi məlumatına görə, Ancelina Coli İranda filmə çəkilmək üçün ilkin razılıq verəndən sonra İslam respublikasının nümayəndələri aktrisanın prodüseri ilə səfər proqramının detallarını müzakirə etməyə başlayıb.
“Əgər Coli razılıq versə, İranın Mədəniyyət Nazirliyi səfəri təsdiq edəcək”, – deyə Əli Sartipi bildirib. Bununla belə, prodüser eyni zamanda film haqqında məlumat verməkdən imtina edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*