Amerikadakı Azərbaycan icması senatorlara müraciət etdi
|
ABŞ-dakı Azərbaycan icması Metyu Brayzanın səfir postuna təsdiqlənməsinə dəstək verilməsi üçün senatorlara müraciət edib .
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, məktub müəllifləri senatorlardan xahiş ediblər ki, erməni lobbisinin və Amerika Erməni Milli Komitəsinin Brayzanın namizədliyinə “əsaslı” etirazları ABŞ-Azərbaycan əlaqələrini korlamaq məqsədi daşıyır. Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sabah Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə təyinatını yenidən müzakirə edəcək.
Bu kontentin portalımızda yayınladığı tarix : 22/09/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒